Beyləqanda minik avtomobili yük avtomobili ilə toqquşaraq yanıb

Beyləqan şəhərində “QAZ” markalı yük avtomobili və “Tofaş”
markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə
minik avtomobilinin yanar hissələri yanıb.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: