Övladını xilas etmək istəyən gənc qadını avtomobil vurub

Sumqayıtda övladını xilas etmək istəyən gənc qadını avtomobil
vurub.

Trend xəbər verir ki, hadisə Sülh prospektində baş verib.

Şahidlərin bildirdiyinə görə qadın, qəflətən avtomobil yoluna
çıxan uşağını xilas edərkən, onu “BMW” markalı maşın vurub.
Nəticədə baş nahiyəsindən xəsarət alan piyada xəstəxanaya
çatdırılıb.

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Teqlər: