Bakı treki ətrafında 3600-a yaxın beton blok quraşdırılıb

Bakı treki ətrafında 3600-a yaxın beton blok quraşdırılıb və bu
beton bloklar azarkeşlərin, marşalların təhlükəsizliyini təmin
edir.

Trend xəbər verir ki, Azərbaycan Qran Prisində 52 dövrə var və
bu vaxta qədər heç bir Formula 1 pilotu Bakıda iki dəfə qalib
gəlməyib.

Heç bir pilot iki dəfə qalib olmadığına görə bunu “Bakı
sindromu” adlandırırlar.

2021-ci ilin sıralama turu son 10 illikdə ən çox qəzaların baş
verdiyi turlardan biri hesab olunur.

Qeyd edək ki, bu trekdəki ən sürətli dövrə rekordu “Ferrari”
komandasının pilotu Şarl Leklerə aiddir.

Teqlər: