Bərdədə ağır qəza, ölən və yaralanan var

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi
ərazisində baş verib.

Kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon
sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı
avtomobillər toqquşub. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya
aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya
yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.

Teqlər: