76 min nəfərə “Müharibə veteranı” adı verilib, daha 12 min müraciət araşdırılır

Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə
veteranı” adı verilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, digər 12616 nəfərin döyüşdə iştirakı ilə
bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü
dəqiqləşdirilir:

“Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi
üçün müvafiq komissiyaya təqdim ediləcək”, – məlumatda deyilir.

Teqlər: