Bakıda müştəri çay evində qarət edildi

Bakıda müştəri çay evində qarət edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay
evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun
quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon
sakini Hüseyn Teymurov müəyyən edilərək saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: