Belçikalı kişi atletlər Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya
çempionatında tarazlıq hərəkətləri proqramında 29,290 xalla
Belçikadan olan kişilər qrupu birinci yeri qazanıb.

Trend xəbər verir ki, ikinci yeri Böyük Britaniyanı təmsil edən
atletlər (29,080 xal), üçüncü yeri İsrail idmançıları (28,060 xal)
tutublar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Teqlər: