Baydenin Ukraynaya səfər etmək planı yoxdur – Ağ Evin mətbuat katibi

ABŞ prezidenti Co Bayden Ukraynaya səfər etməyi
planlaşdırmır.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen
Psaki bildirib.

“Bu məsələ dəyişməyib. <…> Prezident getməyi
planlaşdırmır”, – deyə o bildirib. Eyni zamanda, С.Psaki qeyd edib
ki, əgər Amerika rəsmilərindən hər hansı birinin Ukraynaya səfəri
təşkil etmək planı varsa, Vaşinqton təhlükəsizlik baxımından kimin
və nə vaxt səfərə gedəcəyini açıqlamayacaqdı.

Onun sözlərinə görə, ABŞ həftə sonu 800 milyon dollarlıq yeni
paketdən Ukraynaya silahla birlikdə dörd təyyarə göndərib, daha
biri isə bazar ertəsi çatmalı idi.

C.Psaki bildirib ki, C.Bayden ABŞ Senatının həmfikir üzvü Kris
Kunsun Ukraynaya qoşun göndərmək təklifini rədd edib:

“Prezident [Baydenin] hələ də Rusiyaya qarşı müharibə aparmaq
üçün [Ukraynaya] qoşun göndərmək planı yoxdurl”, deyə Psaki
bildirib. – O, bunun milli təhlükəsizlik maraqlarına, Amerika
xalqının maraqlarına uyğun olduğunu düşünmür”.

Teqlər: