Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi çərçivəsində qrup hərəkətlərində qaliblərin mükafatlandırma mərasimi baş tutub (FOTO)

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
komandalar arasında keçirilən 27-ci Bakı çempionatının “pre-junior”
yaş kateqoriyası üzrə qrup hərəkətləri üzrə qaliblərin
mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər
verir ki, “Ocaq Sport” klubunu təmsil edən qrup komanda (ikinci
komanda, 22.000 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb,
eyni klubunun digər komandası (birinci komanda, 21.150 xal) ikinci
yeri, Bakı Gimnastika Məktəbini təmsil edən qrup isə üçüncü yerdə
qərarlaşıb.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Teqlər: