“Qarabağ” Azərbaycan Premyer Liqasında 2021-2022-ci il mövsümünün qalibi olub

Mayın 3-də “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasında
2021-2022-ci il mövsümünün qalibi olub.

Trend xəbər
verir ki, “köhlən atlar” XXV turda evdə “Sabah”la 1:1 hesablı
heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu
rəsmiləşdirib.

Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. Matçın 59-cu dəqiqəsində
qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub.
Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə
zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək,
yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 59-a çatdıran “Qarabağ” ən yaxın
izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş
məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. “Sabah” isə
36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun açılış matçında “Şamaxı” evdə “Səbail”lə
qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək “Zirə” – “Qəbələ”
və “Sumqayıt” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.

Teqlər: