“İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar keçirilib (FOTO)

2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə “İşgüzar mühitdə konfliktlər: alternativ
metodlar və modellər” mövzusunda seminar keçirilib.
Universitetin bir qrup akademik və inzibati heyət üzvünün, tələbə
və magistrantların iştirak etdiyi seminarda Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının
İxtisas komissiyasının sədri, mediasiya üzrə beynəlxalq məsləhətçi
Qasım Şaliyev məruzə ilə çıxış edib.
Məruzədə Q.Şaliyev işgüzar mühitdə konflikt yaradan və artıran
amillər, mübahisələrin həlli yollarının alternativliyi barədə
ətraflı məlumat verib, mediasiyanın münasibətlərin və imicin
qorunmasında, gələcək əməkdaşlıqların formalaşmasında əhəmiyyətini
diqqətə çatdırıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzə
ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən çoxsaylı
suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsil
alanların və təhsil verənlərin maarifləndirilməsi, əlavə bilik və
bacarıqlarının artırılması məqsədilə müvafiq seminarların və
təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: