BDU-nun professoru Mingəçevir Dövlət Universitetində seminar keçirib (FOTO)

2022-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil
Mərkəzinin (MDTM) təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin
(BDU) professoru, filologiya elmləri doktoru Sevinc Məhərrəmova
tərəfindən “Dilçilikdə lakunalar problemi” mövzusunda seminar
keçirilib.

Universitetin müvafiq akademik heyət üzvlərinin, “Azərbaycan
dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan tələbə və
magistrantlarının iştirak etdiyi seminarda professor S.Məhərrəmova
məruzə ilə çıxış edib. Məruzədə dilimizdə və digər müxtəlif
dillərdə mövcud olan lakuna problemindən bəhs edilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ilə
bağlı müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da təhsil alanların bilik və bacarıqlarının
artırılması məqsədilə qabaqcıl yerli universitetlərlə, o cümlədən
BDU ilə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların
təşkilinə xüsusi önəm verilir.

Teqlər: