Rusiyada institutda baş verən yanğında ölənlərin sayı artıb

Rusiya Federasiyasının Tver şəhərində Aerokosmik Müdafiə Mərkəzi
Tədqiqat İnstitutunun binasında baş vermiş yanğın nəticəsində 17
nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə “İnterfaks”a mənbə xəbər
verib.

“Tverdə hərbi institutda baş verən yanğından sonra 8 nəfərin
yeri müəyyən edilməyib”, – deyə mənbə bildirib.

Daha əvvəl 7 nəfərin öldüyü bildirilirdi.