ABŞ dövlət katibi və müdafiə naziri Kiyevdə Zelenski ilə danışıqlar aparırlar

ABŞ dövlət katibi Entoni Blinken və ABŞ müdafiə naziri Loyd
Ostin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar
aparırlar.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin
rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Amerikalılar Kiyevdədir… Bəli, indi. Prezidentlə söhbət
edirlər”, – deyə A.Arestoviç qeyd edib.