Baydenin etimad reytinqi rekord səviyyədə aşağı düşüb

Amerikalılar arasında ABŞ prezidenti Co Baydenə etimad reytinqi
rekord həddə düşüb.

Trend xəbər
verir ki, bu barədə yerli “CNN” kanalı bildirib.

Qeyd olunur ki, bu həftə dörd təşkilat tərəfindən dərc edilən
sorğunun nəticələrinin ümumiləşdirilmiş araşdırmasından sonra Co
Baydenə sosial etimad indeksi 41 faiz ətrafında olduğu aydınlaşıb.
Eyni zamanda, sorğulardan birinin nəticələrinə görə, ABŞ
prezidentinin reytinqi cəmi 33 faiz qiymətləndirilir.

Bu rəqəmlər Co Baydendən əvvəl ABŞ-a rəhbərlik etmiş digər
Amerika liderlərinin reytinqləri ilə müqayisədə rekord səviyyədə
aşağıdır.