Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq

Almaniya hökuməti ölkənin hərbi büdcəsini 2 milyard avro
artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu maliyyə naziri Kristian Lindner öz “Twitter” səhifəsində təsdiqləyib.

“Mediada yayılan xəbərlər doğrudur: əlavə büdcədə silahlı
qüvvələrin gücləndirilməsinə yardım üçün vəsait 2 milyard avroya
qədər artırılıb. Vəsaitin böyük hissəsi Ukraynaya dəstək üçün
xərclənəcək. Kansler [Almaniya kansleri Olaf Şolts – red.] bunu
çoxdan tələb edirdi”, – K.Lindner qeyd edib.

Daha əvvəl “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə
istinadən xəbər vermişdi ki, O. Şolts ölkənin hərbi büdcəsini 2
milyard avro artırmağı planlaşdırır.