Zimbabvedə avtobus qəzası nəticəsində onlarla ölən və yaralanan var

Zimbabvedə ziyarətçiləri Pasxa mərasiminə aparan avtobusun
yoldan çıxaraq dərəyə aşması nəticəsində azı 35 nəfər ölüb, 71
nəfər yaralanıb.

Trend “Al
Jazeera” ya istinadən xəbər verir ki, avtobusda cənub-şərqdəki
Çipinqe şəhərində Pasxa yığıncağına gedən yerli Sion Xristian
Kilsəsinin üzvləri olub.

“Qəza nəticəsində 35 nəfər ölüb, 71 nəfər isə yaralanıb”, –
yerli polis nümayəndəsi bildirib.

İlkin ehtimala görə, qəzaya səbəb avtobusun həddindən artıq
yüklənməsi olub. Adətən Zimbabvedə avtobuslar 60-75 nəfərlik
sərnişin tutumuna malikdir.