Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıblar

Şri-Lankada etirazçılar istefasını elan edən baş nazir Mahinda
Rajapaksanın iqamətgahını yandırıblar.

AzerTimes-ın
məlumatına görə, bu barədə “ANI News” informasiya agentliyi
bildirib.

Məlumata əsasən, Mahinda Rajapaksanın evi ada dövlətinin
şimal-qərb hissəsindəki Kuruneqala şəhərində yanır.

Etirazçıların bir neçə deputatın və hökumət kabinetinin
nazirlərindən birinin evini də yandırdığı bildirilib.