Türkiyə Talibanın təhsil qadağasına reaksiya verdi

Türkiyə Talibanın təhsil qadağasına reaksiya verdi

Talibanın qızlar üçün təhsil qadağasını rədd edirik. Biz bunu düzgün hesab etmirik.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Qadın hüquqları və qızların təhsili ilə bağlı fikirlərimizi də onlarla bölüşdük. Bu qadağa nə islam, nə də humanitar xarakter daşıyır. Ona görə də biz belə bir qadağanı rədd edirik. Ümid edirəm ki, onlar bu qərardan mümkün qədər tez imtina edəcəklər. Türkiyə olaraq əfqan qardaş və bacılarımıza təhsil və təqaüd verməyə davam edəcəyik. Türkiyədə də çox sayda əfqan qızımız təhsil alır”, – nazir bildirib.

Qeyd edək ki, Taliban Əfqanıstanda tələbə qızların universitetlərə daxil olmasını və ali təhsil almasını qadağan edib.

Teqlər: