Bayden Hindistanın baş nazirini Rusiyadan neft idxalını artırmamağa çağırıb

ABŞ Prezidenti Cozef Bayden Hindistanın Baş naziri Narendra Modi
ilə videokonfrans zamanı ondan Rusiya neftinin idxalını
artırmamasını istəyib.

Trend “Associated Press” agentliyinə istinadən xəbər verir ki,
bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

Onun sözlərinə görə, C.Bayden bildirib ki, Vaşinqton Yeni
Dehliyə enerji təchizatının diversifikasiyasına kömək edə bilər.
ABŞ prezidentinin fikirincə, Rusiyadan neft və digər məhsulların
idxalının artması Hindistanın maraqlarına uyğun deyil.