“Çelsi”nin hücumçusu Lukaku “Real”a qarşı oyunu buraxacaq

İlgiltərənin “Çelsi” klubunun belçikalı hücumçusu Romelu Lukaku
Çempionlar Liqasının 1/4 finalında “Real” klubuna (Madrid) qarşı
keçiriləcək cavab oyununu buraxacaq.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən
bildiriblər.

Belçikalı hücumçu oyun üçün təqdim edilən heyətdə yoxdu. Qeyd
edilir ki, R.Lukaku fiziki problemlər yaşamaqda davam edir.

Daha əvvəl koronavirus testi müsbət çıxan londonluların kapitanı
Sezar Aspilikueta komandaya qayıdıb.

Qeyd edək ki, “Real” və “Çelsi” arasında cavab qarşılaşması
aprelin 12-si saat 23:00-da keçiriləcək. İlk oyunda londonlular 1:3
hesabı ilə məğlub olub.

Teqlər: