Əlcəzair və İtaliya enerji sahəsində iki razılaşma imzalayıblar

Bu gün Əlcəzairin paytaxtında bu ölkə ilə İtaliya arasında
enerji sahəsində iki razılaşma imzalanıb.

Trend xəbər verir ki, bu barədə “Algeria Press Service”
agentliyi xəbər yayıb.

Əlcəzairdən İtaliyaya qaz tədarükü ilə bağlı olan birinci
razılaşma “Sonatrach” dövlət neft-qaz şirkətinin baş direktoru
Taufik Hakkar və İtaliyanın “Eni” şirkətinin baş direktoru Klaudio
Deskaltsi arasında imzalanıb.

İkinci razılaşma enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə
yönəlmiş Birgə Niyyət Bəyannaməsidir. Bu razılaşmanı Əlcəzairin
prezidenti Abdelmacid Tebbun və İtaliyanın baş naziri Mario
Draqinin iştirakı ilə XİN rəhbərləri Ramtan Lamamra və Luici Di
Mayo imzalayıblar.