Baş Prokurorluq 4 rayonda aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlayıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində
vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və
səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş,
İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz
ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıq tutma faktları ilə
bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla
müəyyən edilib ki, Quşencə bələdiyyəsinin ərazisində, həmçinin
“Xurcan düzü”ndə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq
icazə olmadan, eyni zamanda Kiş meşəbəyliydə meşə fonduna aid olan
ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min
manat ziyan dəyib.

Həmçinin, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq
qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat
vasitəsindən istifadə etməklə “Nərə” və “Xəzər qızıl balığı” cinsli
balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan
vurulması müəyyən edilib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan
əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və
digər su bioresurslarını qanunsuz tutma), 259.1, 259.2.4 (qanunsuz
ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri
başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon
prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.

Teqlər: