Səhiyyə naziri Türkiyəyə səfərə gedib (FOTO)

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə
heyətinin Türkiyə Respublikasına iki günlük işgüzar səfəri
başlayıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, əvvəlcə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla
yad edilib. Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan
abidəsi önünə əklil qoyulub.

Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyə Respublikasının
banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət
ediblər.

Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri
çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş,
“Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün
Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin
rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və
digər tədbirlər nəzərdə tutulur.

Teqlər: