“Barselona” “Real”ı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib

“Barselona” klubu “Real” (Madrid) klubunu UEFA Çempionlar
Liqasının qalibi olması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki
paylaşımında deyilir.

“Bu axşam “Stad de Frans”da Çempionlar Liqasının qalibi olan “Real”ı təbrik edirik”, – deyə paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının final
qarşılaşması keçirilib. Finalda İngiltərənin “Liverpul” klubu ilə
İspaniyanın “Real” klubu üz-üzə gəliblər. Oyun İspaniya
təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Teqlər: