Ötən gün cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 146 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin
olunub.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95 ,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb.

Teqlər: