Azərbaycan və Ermənistan xarici işlər naziri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan
arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər,
iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların
davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının
parametrləri barədə razılığa gəliblər.

Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib
hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda
təşkil olunmasına dair razılıq əldə olunub.

Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi
ilə bağlı fikir mübadiləsi aparıblar.

Teqlər: