Bakıətrafı qəsəbələrdəki məktəblərdə şagird sıxlığı var – Nazir

Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı
deyil, şagird sıxlığı ilə əlaqdardır.

AzerTimes-ın məlumatına görə bunu təhsil naziri Emin Əmrullayev
jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda Saray qəsəbəsində böyük bir məktəbin
inşası bitmək üzrədir.

“Binə qəsəbəsində həm Təhsil Nazirliyinin, həm də Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələr çərçivəsində inanıram ki,
şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik.
Orada hələ də 2 məktəbin tikintisi davam edir. Bu da problemin
həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz
nisbətən ciddidir. Orda da 2000 nəfərlik məktəbin inşası davam edir
və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq.
Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi
planlaşdırılıb. Ümumiyyətlə, Bakı ətrafı qəsəbələrdə əsas problem
məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə
əlaqdardır”.

Teqlər: