Azərbaycanda hazırda keyfiyyət təminatı alan distant təhsil proqramı yoxdur

Azərbaycanda hazırda keyfiyyət təminatı alan distant təhsil
proqramı yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin
qaliblərinin təltif olunması mərasimində jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə qanunvericilik bazasının
formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə iş
aparılır:

“Distant təhsil tədrisin bir formasıdır, orada verilən bilik və
bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada
keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqinki zamanla bu
istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç
bir formatda distant təhsilin diplom paylanılması və ya
qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya
miqyasında qəbul olunan standartlar çərçivəsində etməyi düşünürük”
-deyə o qeyd edib.

Teqlər: