“Real Madrid”in baş məşqçisi rekorda imza atıb

Karlo Ançelottinin rəhbərliyi altında İspaniyanın “Real Madrid”
komandası “Mançester Siti” üzərində qələbə (3:1, ümumi hesabda 6:5)
sayəsində Çempionlar Liqasının finalına yüksəlib.

AzerTimes-ın
məlumatına görə, beləliklə, bu final oyunu italiyalı mütəxəssisin
karyerasında 5-ci olacaq. Bundan əvvəl o, 2003, 2005 və 2007-ci
illərdə “Milan”la Çempionlar Liqasının finalına yüksəlib. O,
həmçinin 2014-cü ildə “Real Madrid” ilə Çempionlar Liqasının
finalına keçə bilib.

K.Ançelotti bu göstərici üzrə rekordçu olub. O, hərəyə 4 dəfə
Çempionlar Liqasının finalına çıxan Aleks Ferqyuson, Marçello Lippi
və Yurqen Kloppu qabaqlayıb.

Teqlər: