Bakıda yanğın zamanı bir nəfər ölüb

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyalardan ibarət
ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38
m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə
arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı
1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti
yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil
verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: