Bakıda uşaq bağçası qarət edildi

Xəbər - Samir Əli – Trend:

Bakıda uşaq bağçası qarət olunub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal
yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd
noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər
sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: