Ötən gün ölkədə 76 yanğın olub

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 76 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə
qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi təmin edilib.

Ötən sutka ərzində Bakı şəhərinin Nizami rayonunda 1932-ci il
təvəllüdlü Mənsurova Soltan Muxtar qızının meyiti bağlı qapı
arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: