Bakıda üçmərtəbəli ev yanıb

Bakıda üçmərtəbəli ev yanıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə
görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin
Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması
barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb
olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: