Azərbaycanın 2021-ci ildə məhsul ixrac etdiyi əsas ölkələr açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın 2021-ci ildə məhsul ixrac etdiyi əsas ölkələr
açıqlanıb.

AzerTimes xəbər verir
ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,6
faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya,
4,0 faizini İsrailə, 3,4 faizini Xorvatiyaya, 3,0 faizini
Gürcüstana, 2,9 faizini Almaniyaya, 2,7 faizini Hindistana, hər
biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,5 faizini
İspaniyaya, 2,0 faizini Ukraynaya, 1,9 faizini Yunanıstana, 1,8
faizini Birləşmiş Krallığa, 1,3 faizini Belarusa, hər biri 1,2 faiz
olmaqla İsveçrə və Çexiyaya, 1,0 faizini Kanadaya, 7,5 faizini isə
digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3
faiz), Türkiyəyə (24,9 faiz), İsveçrəyə (8,3 faiz), Gürcüstana (5,8
faiz), ABŞ-a (2,8 faiz), Braziliyaya (2,7 faiz), Ukraynaya (2,0
faiz), İtaliyaya (1,9 faiz), Qazaxıstana (1,5 faiz), Niderlanda
(1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,3 faiz), Belçikaya (1,2
faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edib.

Teqlər: