Bakıda “TEKNOFEST” festivalının iştirakçılarının və komandalarının mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalının iştirakçılarının və komandalarının mükafatlandırma
mərasimi keçirilib.

Trend xəbər verir ki, bu müsabiqələrdə məktəblilər, tələbələr,
startap hazırlayanlar və sahibkarlar iştirak ediblər.

Mükafatlar Smart Qarabag Hackaton və Baku Open Cyber ​​Cup
yarışlarında, Kiberidman üzrə Avropa Çempionatı-2022, Agro Tech
(kənd təsərrüfatı texnologiyaları), pilotsuz uçuş aparatları və “yaşıl” texnologiyalar, Baku Skills, Planer, sosial yönümlü
texnologiyalar sahələrində təqdim edilib.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının
bütün iştirakçıları, eləcə də mentorlar pul mükafatları və qiymətli
hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: