Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu – Səlçuk Bayraktar

Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi maraq
Türkiyədəkindən daha çox oldu.

Bunu Trend
açıqlamasında Türkiyənin “Baykar Makina” şirkətinin texniki
direktoru Səlçuk Bayraktar.

O qeyd edib ki, “Bir millət, iki dövlət, tək festival” şüarı
burada bir daha sübut edildi.

“Texnologiya yarışlarında iştirak edən gənclərimiz öz
hünərlərini sərgilədilər və mükafatları Türkiyə və Azərbaycan
Prezidentləri tərəfindən təqdim edildi. Həmin gənclər inanıram ki,
gələcəkdə çox böyük əsərlərə imza atacaqlar. Yenidən bu formatda
festivalların keçirilməsi niyyətindəyik. Doğrudan da Azərbaycan
xalqı, uşaqlar elmə, texnologiyaya çox böyük maraq göstərdilər.
Hətta deyərdim ki, Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi
maraq Türkiyədəkindən daha çox oldu” – deyə S.Bayraktar
bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: