Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
1 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 758 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 996 nəfər müalicə olunaraq
sağalıb, 9 713 nəfər vəfat edib, 49 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 1 781, hazırkı dövrədək isə 6 890 579
test aparılıb.

Teqlər: