Bakıda sərnişin metroda öldü

Bakıda metroda ölüm hadisəsi baş verib.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar
Məmmədov AzerTimes-a bildirib ki, hadisə bu gün səhər saatlarında baş
verib.

“Təxminən səhər saat 06:30-da yaşlı bir kişi “Əhmədli”
stansiyasının platformasında qatar gözləyərkən dünyasını
dəyişib.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və
stansiyaya çağırılıb”.

Ölən şəxs Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Zülfəli
Kazımovdur. Həkimlərin rəyinə əsasən o, ürək tutmasından vəfat
edib.

Teqlər: