Prezident İlham Əliyevin uğurlu sosial siyasəti (TƏHLİL)

2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə
yenidən dövlət başçısı seçilən İlham Əliyevin tapşırıqları əsasında
həyata keçirilən köklü sosial islahatlar, imzalanan fərman və
sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı
istiqamətində çox mühüm irəliləyişləri təmin edib.

ötən 4 illik dövrdə ölkənin sosial inkişafı AzerTimes-a şərh edən Milli
Məclisin deputatı Vüqar İskəndərov bildirib ki,
Azərbaycan əhalinin sosial müdafiəsi istiqamətində davamlı
tədbirlər görülür.

“Bu tədbirlər ötən 4 il ərzində də davam etdirilib. Daha dəqiq
desək, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata
keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar
nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı
istiqamətində mühüm uğurlar əldə edilib”, – deyə deputat
bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin aprelində Azərbaycan xalqının
böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab İlham
Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial
islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə
ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin
edib:

“Bəhs edilən dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta
aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb.
Həmçinin, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz
artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə
orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma
nail olunub. Onu da qeyd edim ki, dövlət başçısının imzaladığı
fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin
yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu
paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir”, –
deyə V.İskəndərov vurğulayıb.

Deputat onu da bildirib ki, şəhid ailələri və müharibə
əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının
siyasətinin ana xəttini təşkil edir:

“Ümumiyyətlə dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün
əlindən gələni edir. Şəhid ailələri və müharibə əlillərini xüsusi
qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə
həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi
gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə
ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident
İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə
təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və
ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi
Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi
olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib. Onu
da vurğulamağı özümə borc bilirəm ki, Birinci vitse-prezident
Mehriban Əliyevanın təşəbbüsü olaraq Abşeron rayonunda yaşayış
binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına
verilib. Həmin binalarda 365 məzun mənzillə təmin olunub. Son
illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də
dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı həyata
keçirilir. Bu da sosial proqramların əhatə dairəsinin daha da
genişləndiyini göstərir. Eyni zamanda, son 4 ildə daha 1450-dək
müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə
təmin edilən müharibə əlillərrinin sayı 7400-ə çatıb”, – deyə
deputat əlavə edib.

V.İskəndərov deyib ki, bütün bu sadalananlar bir daha
dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani
şəkildə nümayiş etdirir: “Dövlət başçımızın da bildirdiyi kimi
Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından
keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı
ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin,
pensiyaların məbləğinin artırılması göz qabağındadır”, – deyə
deputat bildirib.

Milli Məclisin deputatı Elşən Musayev isə
AzerTimes-a deyib ki,
ötən 4 illik dövrdə Prezident İlham Əliyev tərəfindən imzalanan
fərman və sərəncamlar ölkənin sosial inkişafı istiqamətində çox
mühüm irəliləyişləri təmin edib

“Həmin irəliləyişlər sosial sferanın bütün sahələrində özünü
göstərir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi
siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində minimum
əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, minimum
pensiya 2,2, orta aylıq pensiya 65 faiz artıb. Eyni zamanda dövlət
başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra
ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketi icra
olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat
təşkil edir”, – deyə deputat bildirib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri də daim
cənab Prezidentin diqqət mərkəzində olub və bu həssas təbəqəyə
yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə
artırılması təmin edilib.

“Son 4 ildə aparılan mühüm sosial islahatların ciddi
nailiyyətlərindən biri də Prezident İlham Əliyevin Fərmanı ilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST
Agentliyi və DOST Mərkəzlərinin yaradılmasıdır. Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST
konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi təqdim olunur.

Beləliklə, 2018-ci il aprelin 11-də andiçmə mərasimində çıxışı
zamanı Prezident İlham Əliyevin söylədiyi: “Hamımızın amalı ondan
ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə
çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” –
sözləri ötən 4 ildə ən yüksək səviyyədə öz təsdiqini tapdı. Ölkə
vətəndaşının rifahı naminə mühüm sosial irəliləyişləri təmin edən
uğurlu sosial siyasət qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər
qazanacaq”, – deyə deputat əlavə edib.

Teqlər: