“Toyota” 10 zavodda istehsalı qismən dayandırıb

Yaponiyanın “Toyota Motors” avtomobil şirkəti ölkə ərazisindəki
10 zavodda işləri qismən dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin zavodlarda ümumilikdə 16 istehsalat xətti
üzrə may və iyun aylarında fəaliyyət dayanacaq.

Bu qərar Çinin Şanxay şəhərində koronavirusa görə sərt
qapanmalarla əlaqədar detal çatışmazlığı səbəb ilə verilib.

“Toyota”nın qiymətləndirməsinə əsasən, fəaliyyətin qismən
dayanması ilə əlaqədar iyun ayında “Toyota” istehsalı 100 min ədəd
azalacaq.