Bakıda partlayışla bağlı axtarış-xilasetmə əməliyyatı başa çatıb – FHN

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində
yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş
partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri
tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa
çatıb.

Trend FHN-nə istinadən xəbər verir ki, hadisə yerində həyata
keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar
olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər
ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən
araşdırılır.

Teqlər: