Rusiyada ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiyanın Yakutiya Respublikasında federal trasda baş vermiş
avtoqəzada 4 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Rusiya Yol Hərəkəti
Təhlükəsizliyinin Dövlət İnspeksiyasının yerli bölməsi məlumat
yayıb.

Məlumata görə, “Nissan” markalı avtomobil “Mitsubishi” markalı
avtomobilin yolun çıxıb və nəticədə qəza baş verib. Zərbə
nəticəsində “Nissan”-ın sürücüsü və sərnişini hadisə yerində vəfat
ediblər. Digər avtomobilin sürücüsü və sərnişini də aldıqları
xəsarətlərdən hadisə yerində keçiniblər.

“Mitsubishi”-nin digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən
xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Teqlər: