Gecə klubundakı partlayış nəticəsində 13 avtomobilə ziyan dəyib (FOTO)

Bakının mərkəzində gecə klubunda baş verən partlayış nəticəsində
ərazidə olan avtomobillərə də ciddi ziyan dəyib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 13 avtomobil
zədələnib.

Hazırda dəymiş ziyanla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində
Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən
gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin
məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teqlər: