Bakıda küçədə qumbara aşkarlandı (FOTO)

Bakıda küçədə qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ
qəsəbəsinin ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat
daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə
yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatın partladıcısı üzərində olan
döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən
edilib.

Sursat XRXX-nin pirotexnikləri tərəfindən zərərsizləşdirilməsi
üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: