Xaçmazda futbol üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibətilə Xaçmaz rayonunda keçirilən futbol üzrə rayon turniri
başa çatıb. Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə
birgə təşkil etdiyi turnirdə müxtəlif bələdiyyələri təmsil edən 20
komanda mübarizə aparıb.

İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, final
qarşılaşmasında Qıraqlı və Qımıl bələdiyyələrinin komandaları
üz-üzə gəlib. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə final
qarşılaşmasını izləyib. Yekun nəticələrə əsasən, Qımıl
bələdiyyəsinin komandası turnirin qalibi adını qazanıb. Sonrakı
yerləri Qıraqlı və Ləcət kəndlərinin təmsilçiləri tutublar.

Oyundan sonra qaliblərin təntənəli mükafatlandırma mərasimi
təşkil olunub. Qaliblər Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən
kubok, medal və həvəsləndirici pul mükafatı ilə təltif edilib.

Teqlər: