Bakıda keçmiş məhkum silah satarkən saxlanılıb (FOTO/VİDEO)

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu
silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bölməyə
paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah
olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı
daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı atəş üçün
yararlı tapança aşkar edilərək götürülüb. Zeytun Məmmədov odlu
silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil
verməyərək özündə saxladığını bildirib.

4-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Teqlər: