Bakıda hərbi sursatlar aşkarlanıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində hərbi sursatların
aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə dərhal
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan
təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə
ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin
edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti
məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1
əl qumbarası, 1 ədəd M-75 qumbarasının partladıcısı, 1 ədəd DM-11
tüstü minası və 60 ədəd müxtəlif çaplı patron olduğu müəyyən
edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: