Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm – Tatyana Şuyska

Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı
Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

Trend xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının
Texniki Komitəsinin üzvü, hazırkı yarışların Texniki Nümayəndəsi
Tatyana Şuyska Batut gimnastikası üzrə Dünya kubokunun açılış
mərasimində çıxışı zamanı deyib.

“Çoxlu sevinc dolu parıldayan gözləri və gözəl gülüşləri görmək
üçün burada olmağıma çox şadam!

Bu gün mən fəxr edirəm ki, Beynəlxalq Gimnastika Federasiyası
(FIG) adından Bakıdakı bu heyrətamiz Milli Gimnastika Arenasında
2022-ci ildə Batut Gimnastikası üzrə Dünya Kubokunun bütün
rəsmilərini, gimnastlarımızı və məşqçilərimizi salamlayıram. Bizə
yeni qoşulan Hindistan və İranı 13 iştirakçı ölkə arasında
salamlamaq Mənim üçün çox xoşdur!

Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə
hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun Yerli
Təşkilat Komitəsinə, bütün könüllülərə təşəkkürümü bildirmək
istəyirəm.

Ümid edirəm ki, yarış günləri hamı üçün əyləncəli və yaddaqalan
olacaq! Bütün iştirakçılara və dəstək olan hər kəsə uğurlar
arzulayıram!”. – deyə T.Şuyska qeyd edib.

Teqlər: