Tehran bazarında güclü yanğın olub (VİDEO)

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün səhər Tehranda bazarda güclü yanğın olub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Tehran Yanğınsöndürmə
İdarəsinin sözçüsü Calal Məliki deyib.

C.Məlikinin sözlərinə görə, yanğın nəticəsində minimum 30 mağaza
yanıb:

“Yanğın nəticəsində xəsarət alanlar barədə hələlik hər hansı
məlumat yoxdur”, – deyə o qeyd edib.


Qeyd edək ki, baş verən yanğın hələlik tam şəkildə
söndürülməyib. Yanğın nəticəsində bir neçə partlayış da baş
verib.